ABŞ prezidenti Donald Tramp Ədliyyə Nazirliyinə Kaliforniya qubernatoru Qevin Nyusomu araşdırmağı əmr edib.
 




Moderator.az xəbər verir ki, bu açıqlama ilə Nyusom X hesabında çıxış edib.
 
Nyusom 2028-ci il prezident seçkilərində Demokratların ehtimal olunan namizədləri siyahısının başındadır.
 
Tramp və Nyusom arasında düşmənçilik var və hər ikisi bir-birini amansızcasına tənqid edir. ABŞ prezidenti Nyusomun potensial qələbəsinin ölkəni məhv edəcəyini bildirib.
 
Nyusom isə X hesabındakı paylaşımında yazıb: "Bu gün həyat yoldaşımla mən Donald Trampın "zərərçəkənlər siyahısına" salındıq. O, Ədliyyə Nazirliyinə bizi araşdırmağı əmr edib".