Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli komandaları qarşılaşıblar.
 




Moderator.az xəbər verir ki, oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.
 
ABŞ-nin Kaliforniya ştatının İnqlvud şəhərində keçirilən matçın 7-ci dəqiqəsində Yeni Zelandiya yığmasının heyətində İlayca Cast hesabı açıb.
 
İran millisinin futbolçusu Ramin Rezayan 32-ci dəqiqədə hesaba tarazlıq gətirib.
 
İkinci hissədə də tərəflər hərəyə bir dəfə fərqləniblər.
 
55-ci dəqiqədə İlayca Cast dubla imza atıb. İranlı futbolçu Məhəmməd Moxebi isə 64-cü dəqiqədə cavab qolunu vurub.