Futbol üzrə dünya çempionatının maraqla gözlənilən qrup matçları davam edir.
 




Moderator.az xəbər verir ki, qrup mərhələsinin ilk turu çərçivəsində azarkeşləri yaşıl meydanlarda daha bir neçə maraqlı qarşılaşma gözləyir.
 
Günün ilk maraqlı dueli I qrupda yer alan Fransa və Seneqal yığmaları arasında baş tutacaq. Bu matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
 
I qrupunda, həmçinin İraq millisi Norveçlə gücünü sınayacaq. Bu gərgin mübarizə iyunun 17-nə keçən gecə, saat 02:00-da start götürəcək.
 
J qrupunda isə iyunun 17-si saat 05:00-da Argentina ilə Əlcəzair millisi, saat 08:00-da isə Avstriya ilə İordaniya millisi üz-üzə gələcəklər.
 
Dünya çempionatı
 
I tur
 
16 iyun
 
I qrupu
 
23:00. Fransa - Seneqal
 
17 iyun
 
02:00. İraq - Norveç
 
J qrupu
 
05:00. Argentina - Əlcəzair
 
08:00. Avstriya - İordaniya
 
Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.