İndoneziya sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat ysyıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 282 min insanın yaşadığı Palu şəhərindən 46 km cənub-şərqdə, ocağı 10 kilometr dərinlikdə yerləşib.
Heç bir tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.