Misir millisinin hücumçusu Məhəmməd Salah 2026-cı il dünya çempionatının ilk turunda Belçika yığmasına qarşı keçirilən matçda aktivinə məhsuldar ötürmə yazdırıb.
Moderator.az Gazeta.ru-ya istinadən xəbər verir ki, oyun günü ulduz futbolçunun 34 yaşı tamam olub.
Beləliklə, Salah 1966-cı ildən (statistika toplanmağa başlandığı vaxtdan) bəri dünya çempionatında öz ad günündə məhsuldar hərəkətlə yadda qalan ilk afrikalı oyunçu kimi tarixə düşüb.
Sietldəki "Lümen Fild" stadionunda baş tutan gərgin qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Maraqlıdır ki, hər iki qola Afrika təmsilçisinin futbolçuları imza atıb - ilk hissədə Emam Aşur Tibo Kurtuanın qapısına yol tapsa da, matçın ikinci yarısında Məhəmməd Hani topu səhvən öz qapısına göndərib.
Bu görüşdən sonra G qrupunun turnir cədvəlində hərəyə bir xal qazanan Belçika və Misir yığmaları hazırda birinci pilləni bölüşürlər.
Xatırladaq ki, iyunun 11-də start götürən DÇ-2026 iyulun 19-da başa çatacaq. Oyunlar ABŞ, Meksika və Kanadanın ev sahibliyi ilə keçirilir.