Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin sentyabrın 20-nə təyin edilməsi barədə fərman imzalayıb. 
 




Moderator.az xəbər verir ki, bu barədə sənəd Kremlin rəsmi saytında dərc olunub.
 
"Yeni çağırış Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatlarının seçkiləri 20 sentyabr 2026-cı il tarixinə təyin edilsin", - deyə fərmanda bildirilir.
 
Sənəd dərc olunduğu gündən qüvvəyə minib.
 
Rusiya qanunvericiliyinə əsasən, seçkilər səsvermə gününə ən tezi 110 gün, ən geci isə 90 gün qalmış prezident fərmanı ilə təyin edilməlidir.