Azərbaycan milli komandasının futbolçusu Ozan Can Kökçünün karyerasındakı növbəti dayanacaq artıq məlumdur.
 




Moderator.az xəbər verir ki, Türkiyənin "Vanspor" klubu 27 yaşlı təcrübəli yarımmüdafiəçinin transferini rəsmən ictimaiyyətə açıqlayıb.
 
Tərəflər ikiillik rəsmi müqaviləyə imza atıblar.
 
Xatırladaq ki, Ozan Can Kökçünün bundan əvvəlki son iş yeri Niderlandın "Volendam" futbol klubu olub. Onun yeni komandası olan "Vanspor" isə hazırda Türkiyə 1-ci Liqasında mübarizə aparır.