Türkiyənin Kayseri şəhərinin Pınarbaşı rayonunda gecə saatlarından etibarən ard-arda zəlzələlər qeydə alınıb.
 




Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
 
Məlumata görə, şəhərdə ümumilikdə 62 zəlzələ baş verib.
 
Qeyd edilib ki, yeraltı təkanların ən zəifi 0.8 bal gücündə, ən güclüsü isə 3.9 bal gücündə olub. Zəlzələlər zamanı hər hansı mənfi hal baş verməyib.