"UFC Fight Night" Bakı turnirinə 70-ə yaxın ölkədən azarkeşlər gözlənir.
 




Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Moderator.az-a verilən məlumata görə, yarışa maraq olduqca yüksəkdir:
 
Night Bakı yarışına ən böyük maraq ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Qazaxıstan və İsraildən müşahidə olunur. Ümumilikdə isə biletlər dünyanın 67 ölkəsindən olan azarkeşlər tərəfindən əldə edilib.
 
Qeyd edək ki, Azərbaycan hazırda MDB məkanında, Mərkəzi Asiya və Cənubi Qafqazda UFC turnirlərinə ev sahibliyi edən yeganə ölkədir. Yarış iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.