Məktəbli formasına dair tələblərə riayət olunmasının hüquqi müstəvidə təsbit edilir.
 




Moderator.az xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
 
Layihəyə əsasən, təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişiklik isə dövlət ümumi təhsil müəssisələrində artıq müəyyən edilmiş geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbit edilməsini nəzərdə tutur.
 
Bu dəyişiklik yeni məktəbli formasının tətbiqi və ya mövcud formanın dəyişdirilməsi demək deyil. Əsas məqsəd mövcud qaydaların hüquqi əsaslarını daha da dəqiqləşdirmək və onların bütün dövlət ümumi təhsil müəssisələrində vahid yanaşma əsasında tətbiqini təmin etməkdir.