Avropanın ən mötəbər klub turniri olan UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq "Sabah"ın I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
 




Moderator.az xəbər verir ki, qitə miqyaslı yarışda iştirak edəcək Bakı təmsilçisinin qarşılaşa biləcəyi klubların sayı yeddiyə qədər enib.
 
Siyahıda yer alan həmin komandalar: İrlandiyanın "Şemrok Rovers", Finlandiyanın "KuPS", Cəbəllütariqin "Linkoln", Latviyanın "Riqa", Estoniyanın "Flora", Şimali İrlandiyanın "Larne" və Uelsin TNS klublarıdır.
 
09:36
 

Misli Premyer Liqasının qalibi olan "Sabah" klubunun UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsindəki rəqibi bu gün bilinəcək.
 
Moderator.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
 
"Sabah"ın 14 potensial rəqibləri:
 
"Şemrok Rovers" (İrlandiya)
 
TNS (Uels)
 
"Vikinqur" (İslandiya)
 
"Larne" (Şimali İrlandiya)
 
"KuPS" (Finlandiya)
 
"Kayrat" (Qazaxıstan)
 
"Petrokub" (Moldova)
 
"Flora" (Estoniya)
 
"Linkoln" (Cəbəllütariq)
 
"Universitatya" (Rumıniya)
 
"Klaksvik" (Farer adaları)
 
"Drita" (Kosovo)
 
"Borats" (Bosniya və Herseqovina)
 
"Riqa" (Latviya)
 
Xatırladaq ki, I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.