Hakimliyə namizədlərin növbəti seçim prosesi ilə əlaqədar 300-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini Hakimlərin Seçki Komitəsinə təqdim edib.


Bu barədə Moderator.az-a Hakimlərin Seçki Komitəsindən bildirilib.






Həmin namizədlərlə test imtahanı cari ilin iyun ayının 28-də Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.


"Namizədlər imtahana buraxılış vərəqəsini iyun ayının 18-dən etibarən dim.gov.az saytı vasitəsilə əldə edə bilərlər. Buraxılış vərəqəsini əldə etmək üçün son müddət 27 iyun 2026-ci il saat 10:00 müəyyən edilib" deyə məlumatda qeyd olunub.