Qəbələ rayonunun Mirzəbəyli kəndində ev yanıb.
 




Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
 
Bildirilib ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
 
Hadisə zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.