İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf iyunun 19-da Cenevrədə ABŞ ilə memorandumun imzalanmasında iştirak edəcək.
 




Moderator.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İran İslam Respublikasının xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançinin açıqlamasına əsasən məlumat yayıb.
 
"İmzalanmanın elektron formatda keçiriləcəyi, ya keçirilməyəcəyi hələlik məlum deyil. İmzalanmadan sonra növbəti müzakirələr başlayacaq. ABŞ tərəfindən ölkənin vitse-prezidenti Cey Di Vens, İran tərəfindən isə Məhəmməd Baqir Qalibaf iştirak edəcəklər", - deyə "Tasnim" agentliyi nazir müavininin sözlərini yayımlayıb.
 
Daha əvvəl ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistanın rəsmi şəxsləri Vaşinqton və Tehran arasında razılaşmanın əldə olunduğunu təsdiqləyiblər. Onun iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır. Tehranda qeyd etdikləri kimi, memorandum imzalandıqdan sonra 60 günlük müddət ərzində tərəflər, o cümlədən Tehranın nüvə proqramını müzakirə edəcəklər, iyunun 15-dən isə ABŞ tərəfindən İranın dəniz blokadasının başa çatdığı, eləcə də Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi dayandırıldığı elan edilib.