Çində baş verən 6.3 maqnitudalı zəlzələ nəticəsində bir nəfər ölüb, daha dörd nəfər isə yaralanıb.


Moderator.az xəbər verir ki, bu barədə məlumatı Çin Mərkəzi Televiziyası yayıb.






Yeraltı təkanlar yerli vaxtla saat 17:06-da (Bakı vaxtı ilə 13:06-da-red.) baş verib.


"Yaxınlıqda yerləşən kömür mədənlərində fəaliyyət göstərən bütün işçi heyəti təhlükəsiz əraziyə təxliyə olunub", - deyə telekanalın məlumatında bildirilib.


Xəbərdə qeyd olunur ki, hazırda itki və dəyən maddi ziyanın miqdarının qiymətləndirilməsi istiqamətində işlər aparılır.