Azərbaycan və Özbəkistanın baş nazirləri Əli Əsədov və Abdulla Aripovun iştirakı ilə iki ölkə arasında sənədlər imzalanıb.
Moderator.az "Report"a istinadən xəbər verir ki, sənədlər "AzerGold" QSC-nin iştirakı ilə Özbəkistanda qızıl yatağının birgə işlənilməsini, həmçinin "Azərbaycan Beynəlxalq Bankı" ASC ilə Özbəkistanın aidiyyəti qurumu arasında bank sahəsində əməkdaşlığı və "NEQSOL Holding" şirkətinin iştirakı ilə Özbəkistanda əhəmiyyətli faydalı qazıntıların birgə işlənilməsini nəzərdə tutur.
Qeyd edək ki, Ə.Əsədov Özbəkistan tərəfinin dəvəti ilə V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün bu ölkədə işgüzar səfərdədir.