“Fransa mediası Azərbaycanla bağlı yalan və böhtan kampanyasını davam etdirməklə həqiqətə arxa çevirməkdə, bütün demokratik ideyaları sıfırlamaqdadır”.
Bunu Moderator.az-a açıqlamasında professor Cahangir Məmmədli bildirib. Professor qeyd edib ki, Fransa mediası yalanlarını rəsmi Parisin sifarişi əsasında yayımlayır:
“Fransa mediası Azərbaycana qarşı yalanları Makron hakimiyyətinin sifarişi əsasında həyata keçirir. Bunun isə konkret səbəbləri var.
Heç kimə sirr deyil ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi bir çox ölkələr, xüsusilə də Fransa tərəfindən qısqanclıqla qarşılandı. Görünən odur ki, rəsmi Paris bu gün də Azərbaycanın tarixini uğurunu həzm etməkdə çətinlik çəkir.
Post-müharibə dönəmində Azərbaycanın işğaldan azad edilən torpaqlarıda apardığı böyük qurucluq işləri, dövlətimizin beynəlxalq arenada artan nüfuzu, Prezident İlham Əliyevin dünyanın ən nüfuzlu dövlət başçıları arasında yer alması və s. kimi həqiqətlər Fransa hakimiyyətində paxıllıq doğurur. Buna görə də onlar Fransa mediası vasitəsilə Azərbaycana təzyiq göstərməyə, onun imicinə kölgə salmağa çalışırlar. Lakin Makron rejimi, eləcə də onun sifarişlərini icra edən Fransa mediası bilməlidir ki, heç bir yalan, heç bir böhtan Azərbaycan həqiqətinə qalib gələ, Azərbaycanın haqq səsini boğa bilməz. Azərbaycan bundan sonra da sülh və tərəqqi yolunda irəliləməkdə davam edəcək, Azərbaycan mediası hər zaman olduğu kimi bundan sonra da bu cür yalanların cavabını laiqincə verəcəkdir”.
Seymur ƏLİYEV