NATO Türkiyənin daha bir şəhərində hava hücumundan müdafiə sistemi quraşdıracaq.


Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.






İtaliyaya məxsus " SAMP/T" hava hücumundan müdafiə sistemi Konya 3-cü əsas hava bazasına yerləşdiriləcək.


Nazirliyin açıqlamasında bildirilib ki, məqsəd hava hücumundan müdafiə qabiliyyətini gücləndirməkdir.