Kürdəmirdə iki yol qəzası olub, xəsarət alanlar var.


Moderator.az-ın xəbərinə görə, Atakişli kənd sakini, 2003-cü il təvəllüdlü Əsgərov Eynulla Sabir oğlunun idarə etdiyi "Ravon" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.







Həmçinin rayonun Sovka kənd sakini, 2002-ci il təvəllüdlü Ağayev Toğrul Əskər oğlunun idarə etdiyi "Vaz- 21015" markalı avtomobil aşıb.


Nəticədə, hər iki sürücü müxtəlif xəsarətlər alıblar.


Hər iki faktla bağlı araşdırma aparılır.