"Real Madird"in hücumçusu Kilian Mbappe Fransa millisinin tarixində ən çox qol vuran oyunçu adını qazanıb.
 




Moderator.az bu barədə Sport24.ru-ya istinadən xəbər verir.
 
27 yaşlı hücumçu DÇ-2026-nın qrup mərhələsində Seneqalla oyunda dubl edərək milli komandada 57 və 58-ci qollarını vuraraq yığmanın tarixində ən çox qol vuran oyunçu olub.
 
Əvvəlki rekord (57) Olivye Jiruya məxsus idi.