2026-cı il FIFA Dünya Kubokunda I qrupunun ilk oyununa yekun vurulub.
Moderator.az xəbər verir ki, Fransa millisi ilk turda Seneqal yığması ilə qarşılaşıb. Görüş avropalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Fransanın heyətində Kilian Mbappe dubl edib. Ulduz futbolçu 68 və 90+6-cı dəqiqələrdə fərqlənib. Digər qolu isə 82-ci dəqiqədə Bredli Barkola vurub.
Seneqal millisinin təsəlli qoluna 90+5-ci dəqiqədə İbrahim Mbaye imza atıb.
Bu nəticədən sonra Fransa I qrupunda ilk 3 xalını qazanıb. Seneqal isə mundiala məğlubiyyətlə başlayıb.