“Sabah”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşir
17 Jun 2026, 11:07 11 baxış 2 dəq oxuma
Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Moderator.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbirdə Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Sabah”ın da mümkün rəqibi bəlli olacaq. Mərasim Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Səpələnməmişlər səbətində yer alacaq Bakı klubunun potensial rəqibləri "Srvena Zvezda" (Serbiya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Slovan" (Slovakiya), "Lex" (Poznan, Polşa), "Selye" (Sloveniya), "Omoniya" (Kipr), "Floriana" (Malta) - "Şemrok Rovers" (İrlandiya) cütünün qalibi, "Vardar" (Şimali Makedoniya) - "KuPS" (Finlandiya) cütünün qalibi, "Hapoel" (Beer-Şeva, İsrail), "Jalqiris" (Litva) - "Drita" (Kosovo) cütünün qalibi, "Linkoln" (Cəbəllütariq) - "İnter" (Eskaldes, Andorra) cütünün qalibi, "Borats" (Bosniya və Herseqovina) - "Levski" (Bolqarıstan) cütünün qalibi olacaq.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 21-22-də, cavab görüşləri isə 28-29-da keçiriləcək.
Qeyd edək ki, “Sabah” turnirin I təsnifat mərhələsində Uelsin TNS klubu ilə qarşılaşacaq. Bu mərhələnin oyunları iyulun 7-8-də və 14-15-də baş tutacaq. Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda ilk matçını evdə keçirəcək.