Avropa arenasında ölkəmizi təmsil edəcək "Neftçi" və "Zirə" klublarının UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün II təsnifat mərhələsində qarşılaşa biləcəyi rəqiblərin adları bəlli olub.
 




Moderator.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
 
Mübarizəyə birbaşa II təsnifat mərhələsindən başlayacaq "Neftçi"ni olduqca maraqlı sınaqlar gözləyir. Paytaxt təmsilçisinin potensial rəqibləri sırasında "Ludoqorets" (Bolqarıstan), "Rakuv" (Polşa) və "Apollon" (Kipr) klubları yer alıblar. Bundan əlavə, komanda ilk təsnifat mərhələsində üz-üzə gələcək "Dinamo" (Albaniya) - "Astana" (Qazaxıstan) və ya "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya) cütlüklərindən birinin qalibi ilə də qarşılaşa bilər.
 
Turnirə I təsnifat mərhələsindən start verərək Gürcüstanın "Torpedo" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək "Zirə"nin isə növbəti raunda adlayacağı təqdirdə qarşılaşacağı komandaların siyahısı məlumdur. Təmsilçimizin bu mərhələdəki ehtimal olunan rəqibləri AEK (Kipr), "ÇFR Kluj" (Rumıniya), "Spartak" (Slovakiya) klublarından biri və ya "Heqelman" (Litva) - "Payde" (Estoniya) cütünün qalibi olacaq.
 
Qeyd edək ki, qitəmiqyaslı turnirin - UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsi çərçivəsində baş tutacaq həlledici matçlar iyulun 23-də və 30-da oynanılacaq.
 
09:31
 

Bu gün “Neftçi”nin UEFA Konfrans Liqasındakı potensial rəqibləri məlum olacaq.
 
Moderator.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək.
 
Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə “ağ-qaralar”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək.
 
Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 21-22-də, cavab görüşləri isə iyulun 28-29-da keçiriləcək.