"Qarabağ" Avropa Liqasının təsnifat mərhələsində İstanbul nəhəngi ilə qarşılaşa bilər - YENİLƏNİB
17 Jun 2026, 11:22 8 baxış 2 dəq oxuma
Ağdamın "Qarabağ" klubunun UEFA Avropa Liqasının 2026/2027-ci illər mövsümünün II təsnifat mərhələsi üzrə ehtimal olunan rəqiblərinin siyahısı daralıb.
Moderator.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
Belə ki, Ağdam təmsilçisi ilk təsnifat mərhələsində İslandiyanın "Vestri" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti turda "Beşiktaş" (Türkiyə), "Tvente" (Niderland), "Tromse" (Norveç), "Hammarbü" (İsveç) və ya ÇSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qaliblərindən biri ilə üz-üzə gələcək.
Qeyd edək ki, sözügedən II təsnifat mərhələsinin qarşılaşmaları iyulun 23-ü və 30-da baş tutacaq.
10:44
Bu gün “Qarabağ”ın UEFA Avropa Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşəcək.
Moderator.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Qurban Qurbanovun komandası səpələnmişlər səbətində yer alacaq.
Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın “Vestri” komandası ilə qarşılaşacaq. Bu mərhələnin oyunları iyulun 9-da və 16-da keçiriləcək. “Qarabağ” ilk oyunu səfərdə, cavab görüşünü isə Bakıda keçirəcək.