Müğənni Elnarə Xəlilova toy sənətçiləri ilə bağlı fikirlərini bölüşüb.
 




Sənətçi "Xəzər axşamı" verilişində çıxışı zamanı toyda oxumağın böyük məsuliyyət tələb etdiyini bildirib. İfaçı toya getməməsi haqda suala belə reaksiya verib:
 
"Heç kim ailəsinin içinə istənməyən ifaçını dəvət etməz. Sevilən, tələbatlı ifaçı olmalısan ki, səni çağırıb ailəsinin içinə salsınlar. Biz toylarda püxtələşmişik. Toy məktəbdir, qəhrəmanlıqdır. Axşam saat 6-dan gecə 12-yə qədər ayaqüstə dayanmaq, hamının sifarişini qəbul etmək üçün səbr, bacarıq və mədəniyyət lazımdır. Təsəvvür edin ki, hər gün toydasan". (Axşam.az)