DŞ-2026 çərçivəsində İraq-Norveç matçında gözlənilməz hadisə baş verib.
Oyunun fasiləsi zamanı stadionun suvarma sistemində boru qəfil partlayıb.
Nəticədə meydança qısa müddətdə su ilə dolub.
Stadion əməkdaşları müdaxilə edərək şırnağın qarşısını almağa çalışıblar. Görülən operativ tədbirlərdən sonra problem nəzarət altına alınıb və meydança yenidən oyuna yararlı vəziyyətə gətirilib.
Qısa fasilədən sonra qarşılaşma dayandırıldığı yerdən davam etdirilib./yenisabah/