“İyunun 15-də Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh siyasətinin təntənəsidir”.


Bunu Moderator.az-a açıqlamasında “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Ulu Öndər haqqında çoxsaylı kitabların müəllifi, konfrans iştirakçısı Zərifə Quliyeva bildirib. Zərifə Quliyeva qeyd edib ki, bu tədbir Azərbaycanın sülh siyasətinə sadiq olduğunu, bu yolda əzmlə addımladığını göstərir:






“Ölkəmizin mədəniyyət paytaxtı olan Şuşada sülh və təhlükəsizliklə bağlı qlobal tədbirin keçirilməsi Azərbaycanın sülh siyasətində israrlı olduğundna, regional sabitliyin təmin olunması üçün bütün resurslardan istifadə etdiyindən xəbər verir. Bu konfrans həm də onu göstərir ki, Azərbaycan hər zaman olduğu kimi bu gün də beynəlxalq sülh və təhlükəsizlik üçün beynəlxalq əməkdaşlığa, qlobal həmrəyliyə xüsusi önəm verir.



Qeyd edək ki, Azərbaycan Respublikasınn Prezidenti İlham Əliyev dəfələrlə öz müsahibə və çıxışlarında sülh və təhlükəsizliyin təminində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb, region dövlətlərini ölkəmizin sülh səylərini dəstəkləməyə çağırıb. Bu baxımdan Şuşada keçirilən konfrans sülh və təhlükəsizlik məsələsində region dövlətlərinə növbəti çağırış, növbəti mesajdır”.


Zərifə Quliyeva konfrans zamanı işğaldan azad edilən ərazilərdə həyata keçirilən geniş quruculuq işlərindən də ətraflı şəkildə bəhs olunduğunu bildirib:


“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransda diqqət çəkən məqamlardan biri də Azərbaycanın işğaldan azad edilən ərazilərində Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən nəhəng abadlıq və quruculuq siyasətinin müzakirəsi oldu. Konfrans iştirakçıları qısa müddət ərzində işğaldan azad edilən ərazilərdə bu qədər çoxşaxəli quruculuq işlərinin aparılması ilə bağlı heyrət və məmnunluqlarını dilə gətirdilər, məlum quruculuq prosesinin xalqın sosial rifahında müsbət mənada ciddi dəyişikliyə yol açdığını vurğuladılar.


Bir sözlə, YAP-ın təşkilatçılığı ilə Şuşa şəhəridə keçirilən beynəlxalq konfransı hər baxımdan faydalı hesab edir, yüksək qiymətləndirirəm. Düşünürəm ki, bu konfrans qlobal təhlükəsizlik mühitinin formalaşmasına töhfə verəcək, bu məsələdə Azərbaycanın moderatorluğu altında beynəlxalq əməkdaşlıq səylərinin daha da güclənməsini sitimullaşdıracaq”.


Seymur ƏLİYEV