Almaniya Kansleri Fridrix Merts gələn həftə Berlində Ukrayna üzrə E5 formatında (Almaniya, Böyük Britaniya, İtaliya, Polşa və Fransa) görüşün təşkil edilməsi təşəbbüsünü irəli sürdüyünü açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Biz Ukraynaya dair bütün məsələlərdə hər zaman Avropa ölkələri, o cümlədən Polşa və Böyük Britaniya ilə addımlarımızı sıx koordinasiya etmişik. Bununla əlaqədar mən artıq gələn həftə Berlində E5 formatı çərçivəsində keçiriləcək görüşə dəvət göndərmişəm", - deyə Merts Evian-le-Ben şəhərində "Böyük Yeddilik ölkələri"nin (G7) sammiti çərçivəsində jurnalistlərə məlumat verib.