Moderator.az xəbər verir ki, bu haqda news.am məlumat yayıb.
O, keçmiş prezident Robert Köçəryan və onun ətrafının məsuliyyət məsələlərini, eləcə də onların niyə cəzalandırılmamasını ictimai narazılığın mərkəzi kimi təqdim edib. Eyni zamanda, o, Qagik Tsarukyan ilə bağlı iddiaları və keçmiş oliqarx sistemini seçki korrupsiyası ilə əlaqələndirib.
Paşinyan keçmiş hakimiyyətin “oliqarx şəbəkələrini” qoruduğunu və sistemin dəyişdirilməsinin qaçılmaz olduğunu bildirib.
Çıxışında o, vəziyyəti daha kəskin şəkildə belə ifadə edib: “Biz bu sistemi məhv etmək yolu ilə getməliyik, başqa seçim yoxdur.”
O, siyasi gərginliyi artıran daha sərt mesajla əlavə edib: “Ya inqilab yeni təkan qazanır, ya da əks-inqilab qalib gəlir.”
Baş nazir açıq siyasi çağırış da səsləndirərək deyib: “Deyirəm ki, biz bu yolla gedəcəyik, şəxsən mən cinayətkar oliqarxiyanı əzib-dağıtmaq, onu ayaqlar altına atmaq yolu ilə gedəcəyəm. Əgər razısınızsa, öz işinizlə məşğul olun, bütün bunları edəcəyik. Əgər razı deyilsinizsə, küçələrə çıxın və inqilab edin.”
Paşinyan seçki rüşvəti və korrupsiya hallarının geniş yayıldığını iddia edərək bunu dövlət üçün əsas təhlükə kimi təqdim edib.
O, seçicilərin bir hissəsini tərifləyərək cinayətkar oliqarxlardan onlara səs verilməsi üçün payladıqları “pulları almayan vətəndaşların” dövlətçiliyin dayağı olduğunu bildirib və sistemin dəyişməsinin zəruriliyini vurğulayıb.
Çıxışda o, legitimlik arqumentini belə ifadə edib: “720.000 nəfər həmin qisas saatının lehinə səs verdi.”
Baş nazir həmçinin əlavə edib: “Bu öhdəlik məni heç vaxt tərk etməyib. Cavab verməyin vaxtı gəldi və hər kəs bir-bir cavab verməlidir.”
O, seçki nəticələrinin mahiyyətini siyasi qarşıdurma kimi təqdim edərək hüquq-mühafizə və institutların daha sərt davranmalı olduğunu bildirib.
Paşinyan çıxışını xalq iradəsinin üstünlüyü ideyası ilə yekunlaşdıraraq Ermənistanda siyasi mübarizənin davam edəcəyini vurğulayıb.
S.Laçın