Bu gün UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.


Moderator.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutur.








Püşkatmada Azərbaycan təmsilçisi “Neftçi”nin də rəqibləri müəyyənləşib. "Ağ-qaralar"ın potensial rəqibləri "Dinamo Minsk" (Belarus) - "Sileks" (Şimali Makedoniya) cütünün qalibi olacaq.


İlk oyun Bakıda, cavab matçı səfərdə keçiriləcək.


Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-də, cavab qarşılaşmaları isə iyulun 30-da keçiriləcək. UEFA oyunların dəqiq tarix və başlama saatlarının püşkatmadan sonra açıqlanacağını bildirib.