Ermənistan Baş naziri Nikol Paşinyan dəvət olunacağı təqdirdə, Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Azərbaycana gələcəyini açıqlayıb.


Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə o, parlamentdə çıxışı zamanı bildirib.






“Əvvəllər də demişəm ki, 2028-ci ildə dəvət olarsa, əlbəttə, Bakıda keçiriləcək Avropa Siyasi Birliyinin sammitinə qatılacam”, - Paşinyan qeyd edib.