Ukraynanın ordusu Rusiyanın Qara dənizdəki “kölgə donanması”nın tankerini, eləcə də iki avtomobil körpüsünü və bir sıra komanda məntəqələrini vurub.


Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Teleqram kanalında məlumat yayıb.






Hərbçilərin məlumatına görə, zərbələr iyunun 16-da və 17-nə keçən gecə endirilib.


Bildirilib ki, Qara dəniz akvatoriyasında Rusiyanın “kölgə donanması”na aid FINA A (IMO 9283306) tankeri vurulub. Həmin gəmi Avropa Birliyi, İsveçrə, Böyük Britaniya, Kanada və Ukraynanın sanksiyalar siyahısına daxildir. Tanker beynəlxalq sanksiyalardan yan keçməklə Rusiyanın maraqları naminə neft və neft məhsullarının daşınmasında istifadə olunur. Gəminin uzunluğu 244,6 metr, ümumi tutumu isə 62 min 2 vahiddir. Dəymiş ziyanın miqyası dəqiqləşdirilir.


Ukrayna hərbçiləri, həmçinin Rusiya qüvvələrinin hərbi logistika və canlı qüvvənin daşınması üçün istifadə etdiyi obyektlərə zərbələr endiriblər. Belə ki, Stavki yaşayış məntəqəsi yaxınlığında Şimali Krım kanalı üzərində yerləşən, həmçinin Xerson vilayətinin Voinka yaşayış məntəqəsi yaxınlığındakı avtomobil körpüləri vurulub. Donetsk vilayətinin Velikaya Novosyolka qəsəbəsi ərazisində isə rusların komanda-müşahidə və idarəetmə məntəqələri məhv edilib.