"Azərbaycan qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir" - Dövlət başçısı
18 Jun 2026, 10:05 32 baxış 1 dəq oxuma
"Təbii qazın təchizatına gəldikdə, Azərbaycan bu gün təchizatın coğrafiyası baxımından birinci yerdədir".
Moderator.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında deyib.
"Biz 16 ölkəyə təbii qaz təchiz edirik, bu say günbəgün artır və artmaqda da davam edəcək", - deyə dövlətimizin başçısı vurğulayıb.