Bakının Xətai rayonunda küçədə ölüm hadisəsi baş verib.
 




Moderator.az-ın məlumatına görə, hadisə Nəsirəddin Tusi küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Ramin Şahməmməd oğlu Teymurşahovun səhhəti qəfil pisləşib.
 
O, ətrafdakıların kömək göstərməsinə baxmayaraq hadisə yerində həyatını itirib.
 
Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.