Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin departament müdiri işdən çıxıb. 
 




Moderator.az "Unikal"a istinadla xəbər verir ki, Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdiri Niftiyev Yalçın Sakit oğlu vəzifəsindən ayrılıb. O, 2024-cü ildən bu vəzifədə çalışırdı.
 
Agentliyin Hüquq departamentində isə yeni təyinat olub. Əliyev Əsəd Nazim oğlu adıçəkilən departamentin Məhkəmə mübahisələri və qərarların icrasına nəzarət şöbəsinin müdiri təyin edilib.