Braziliya millisinin hücumçusu Neymar DÇ-2026-nın II turunda Haiti ilə keçiriləcək oyunda iştirak etməyəcək.


Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, 34 yaşlı futbolçu qarşılaşma üçün komanda ilə birlikdə səfərə yollanmayacaq.






Neymar dünya çempionatının başlamasına az qalmış aldığı ayaq zədəsindən sonra bərpa prosesini Nyu-Cersidə davam etdirəcək.


Braziliya yığması turnirin ilk turunda Mərakeşlə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.


Qeyd edək ki, Braziliya - Haiti matçı iyunun 20-də Bakı vaxtı ilə saat 04:30-da başlayacaq.