İran ABŞ ilə əldə olunan razılaşmanı regional əməkdaşlığın genişləndirilməsi, İslam ölkələri birliyinin möhkəmləndirilməsi, həmçinin regionda davamlı sülh və sabitliyin bərqərar olması üçün fürsət sayır.


Moderator.az ISNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığında deyib.






O həmçinin gərginliyin azaldılması və diplomatik prosesin irəlilədilməsindəki roluna görə Qətərə minnətdarlıq edib.


Tərəflər Tehran və Doha arasında strateji münasibətlərin inkişafını və bütün tərəflərin razılaşma üzrə öhdəliklərə əməl etməsinin zəruriliyini vurğulayıblar.