Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, bunu aviasiya üzrə ukraynalı ekspert Konstantin Krivolap "Kyiv24" kanalının efirində izah edib.
O, qeyd edib ki, Rusiya hava hücumundan müdafiə sistemlərinin əhəmiyyətli bir hissəsi həqiqətən də rusların 4 müdafiə halqası yaratdığı Moskva ətrafında cəmləşib. Lakin hətta belə bir müdafiənin də öz zəiflikləri var.
"Əgər müdafiəyə "Pantsir" sistemi yerləşdirilirsə, o təxminən 20-25 kilometr radius əhatə edir. Məsələn, əgər orada 12 dron uçursa, hamısı məhv edilir. Yaxşı, şanslıdır, yaxşı nəticələr verir, 12 dronun hamısını məhv edir. Məsələ ondadır ki, bundan sonra "Pantsir" yarım saat "dincəlir" və 13-cü dron gəlib öz işini görür", - deyə ekspert izah edib.
Krivolap diqqətə çatdırıb ki, ruslar Ukrayna dronları Moskvada neft emalı zavodunu məhv edərkən sosial mediada "Hava hücumundan müdafiəmiz haradadır?" sualını verməkdə səhv ediblər.
"O, orada deyil. Sadəcə orada deyil. Sadəcə tükənib. Orada yenidən doldurulur, "dincəlir" və "ölür", - deyə hərbi analitik bildirib.
S.Laçın