Kanada millisinin yarımmüdafiəçisi İsmael Kone ağır zədə alıb.
 




Moderator.az xəbər verir ki, bu barədə məşhur jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesablarında məlumat yayıb.
 
Hadisə Kanada ilə Qətər arasında keçirilən DÇ-2026-nın B qrupunun oyununda baş verib. Kanada yığmasının 6:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmanın 55-ci dəqiqəsində Kone rəqib futbolçu Assim Modibonun kobud müdaxiləsindən sonra zədələnib. Epizoddan sonra qətərli yarımmüdafiəçi qırmızı vərəqə alıb, Kone isə xərəkdə meydanı tərk edib.
 
Məlumata görə, 24 yaşlı futbolçunun ayağının kiçik və böyük qamış sümükləri sınıb. Hazırda xəstəxanada olan Kone əməliyyata hazırlaşır.
 

İlkin ehtimallara görə, kanadalı oyunçu 4-5 ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq.
 
Matç başa çatdıqdan sonra Modibo Kanada millisinin paltardəyişmə otağına yollanaraq zədələdiyi futbolçudan üzr istəyib.
 
Qeyd edək ki, həmin sözügedən oyunda Kanada millisi Qətəri 6:0 hesabı ilə məğlub edib.