Futbol üzrə dünya çempionatında ikinci turun oyunları davam edir.


Moderator.az xəbər verir ki, qrup mərhələsinin növbəti turu çərçivəsində yaşıl meydanlarda futbol azarkeşlərini bir-birindən maraqlı qarşılaşmalar gözləyir.






D qrupunda günün ən diqqətçəkən duellərindən biri ABŞ və Avstraliya yığmaları arasında baş tutacaq. Bu qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq.


Həmin qrupun digər vacib görüşündə isə Türkiyə və Paraqvay milliləri üz-üzə gələcəklər. Azarkeşlərin maraqla gözlədiyi bu matça iyunun 20-də saat 07:00-da start veriləcək.


C qrupunun mübarizəsinə gəldikdə, iyunun 20-də gecə saat 02:00-da Şotlandiya və Mərakeş milliləri meydana çıxacaqlar, saat 04:30-da isə Braziliya və Haiti yığmalarının qarşılaşması baş tutacaq.


Dünya çempionatı


II tur


D qrupu


19 iyun


23:00. ABŞ - Avstraliya


20 iyun


07:00. Türkiyə - Paraqvay


C qrupu


20 iyun


02:00. Şotlandiya - Mərakeş


04:30. Braziliya - Haiti


Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.