Azərbaycan I Liqa təmsilçisi "Səbail" yeni baş məqçisinin adını açıqlayıb.
Moderator.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "dənizçilər" Elnur Abdullayevlə anlaşıb.
40 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Elnur Abdullayev son olaraq I Liqa təmsilçisi "Şahdağ Qusar"ı çalışdırıb.