100-dən çox seçiciyə rüşvət vermiş rusiyapərəst deputatlığa namizəd həbs edildi...-FOTO
19 Jun 2026, 11:48 3 baxış 2 dəq oxuma
Məlum olduğu kimi, Ermənistan Respublikası İstintaq Komitəsinin Xüsusi Əhəmiyyətli İşlərin İstintaqı Baş İdarəsi tərəfindən başlanan cinayət işi çərçivəsində aparılan istintaq hərəkətləri nəticəsində 100-dən çox seçki rüşvəti vermə və alma faktı aşkar edilib.
Moderator.az xəbər verir ki bu haqda "Armtimes" nəşri məlumat yayıb.
"Güclü Ermənistan" partiyasının deputatlığa namizədi A.E.-nin bir qrup şəxslə razılığa gələrək Artaşat icmasının 100-dən çox seçicisinə 7 iyun 2026-cı ildə keçiriləcək ER Milli Məclisinə keçiriləcək növbəti seçkilərdə "Güclü Ermənistan" blokuna səs vermək şərti ilə 100.000-500.000 dram məbləğində seçki rüşvəti verdiyi və adı çəkilən seçicilərin, bəzi hallarda digər seçicilərlə birlikdə hərəkət edərək, qrupun tərkibində razılaşma yolu ilə müxtəlif məbləğlərdə seçki rüşvətləri aldığı aşkar faktiki məlumatlar əldə edilib.
Cinayət işinin ibtidai istintaqı zamanı nəzarətçi prokurorun qərarı ilə deputatlığa namizəd A.E.-yə qarşı Cinayət Məcəlləsinin 219-cu maddəsinin 2-ci hissəsi (seçki rüşvəti vermə) və 296-cı maddəsinin 3-cü hissəsinin 3-cü bəndi (xüsusilə külli miqdarda çirkli pulların yuyulması) ilə dövlət ittihamı başlanıb.
Onun barəsində qətimkan tədbiri seçilib.
İstintaq davam edir.
" Haykakan Jamanak" qəzetindən verilən məlumata görə, A. E. - deputatlığa namizəd Aşot Yegiazaryandır.