"Flora xanım özünü çox yaxşı hiss edir, sabah evə buraxılacaq".
 




Bu barədə açıqlamasında Xalq artisti Flora Kərimovanın köməkçisi Yaqut İmanova məlumat verib.
 
Onun sözlərinə görə, Flora Kərimovanın səhhəti hazırda qənaətbəxşdir:
 
"Onun vəziyyəti çox yaxşıdır. Danışır, gülür, əhvalı yerindədir. Sabah günün ikinci yarısında onu xəstəxanadan evə aparacağıq. Maraqlanan, zəng edən və diqqət göstərən hər kəsə təşəkkür edirik", - deyə Y. İmanova bildirib.
 
Qeyd edək ki, F.Kərimova səhhətində yaranan narahatlıq səbəbindən bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib. Onun müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. /oxu.az/