Köç karvanı Xankəndi şəhərinə çatdı, açarlar təqdim edildi - YENİLƏNİB + FOTO
19 Jun 2026, 13:17 3 baxış 1 dəq oxuma
İyunun 19-da doğma yurduna yola salınan köç karvanı Xankəndi şəhərinə çatıb.
Moderator.az xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinə köçürülən 68 nəfərdən ibarət 18 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
09:50
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb.
Moderator.az xəbər verir ki, bu mərhələdə şəhərə 18 ailə - 68 nəfər köçürülüb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.