“Orta şəhər kişisi gündə 100-200 dəfə belə "siqnallar" görür və buna görə də onun yerinə yetirilməmiş istəyi şüuraltı- bilinçaltına yatırılır. O, bunu hiss etmir, amma qanına androgenlər daxil olur...”
 




“Bu əsrin əvvəllərinə qədər kişilərin 40%-nə adenoma diaqnozu qoyulub və 40 yaşdan yuxarı olanlar arasında bu rəqəm yarıya qədər artıb... Amma paradoks ondadır ki, müsəlman ölkələrində kişi xərçəngində belə artım yoxdur!..”
 
“21-ci əsrin bir çox qadınları çılpaq ayaqları və enli yaxalıqları ilə kişilərin sağlamlığı üçün sanki məzar qazır. Maykada görüşə gedən hər gözəllik yalnız bir kişini şanslı edir, yolda isə on kişini əlil- impotent edir...”
 
“Striptizçi qadınları isə həqiqətən də "kütləvi qırğın silahı" adlandırmaq olar ki, bu da artıq Qərb sivilizasiyasını xəstə kişilər cəmiyyətinə çevirib...”
 
““Gəlin modanı xalqlarımızın ənənəvi formalarına az da olsa qaytaraq!" - və hər şey yaxşı olacaq. Təkrar edirəm: dini ənənələrə riayət edən bütün xalqların geyim mədəniyyəti olub...”
 
“Deməli, hər şey liderlərimizin əlindədir: onlar nümunə göstərəcəklərmi?..”
 
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış psixoloq-məsləhətçi, transaksiya təhlili istiqamətində təlimçi (şəxsi inkişaf təlimlərinin rəhbəri), Almatı Transaksiya Analizi Assosiasiyasının üzvü Asya Qagiyevanın tanınmış həkim-akademik, dünyanın ilk kosmonavtı Yuri Qaqarinin tibbi-psixoloji təlimçisi olmuş "Hicab xərçəngə qarşı. Bir alimin açıqlamaları...” başlıqlı çox maraqlı və gözlənilməz açıqlamalarla dolu müsahibəsinin tərcüməsini təqdim edir:

Rəhmam və Rəhim Allahın adı ilə! 
 
Hər din qadınların özlərini örtmələrini tələb edir, amma ilahiyyatçıların bu barədə danışması bir şey, elm adamlarının danışması isə tamamilə başqa bir şeydir.
 
Həkim-akademik, kitablar müəllifi, Rusiya Kulturologiya İnstitutunun baş əməkdaşı Leonid Aleksandroviç Kitayev-Smık ilə qadın çılpaqlığının kişilərin sağlamlığına təsirini müzakirə etdik.
 
"Son onilliklər ərzində Avropa-Amerika ölkələrində kişilər arasında prostatın adenoma (xoşxassəli şiş) və xərçəngi epidemiya halını alıb. Bu əsrin əvvəllərinə qədər kişilərin 40%-nə adenoma diaqnozu qoyulub və 40 yaşdan yuxarı olanlar arasında bu rəqəm yarıya qədər artıb. ABŞ-da patoloqlar 60 yaşdan sonra ölən kişilərin 80%-də prostat xərçəngi diaqnozu qoyublar. Başqa sözlə, onların çoxu sadəcə bu xəstəliyin faciəvi nəticələrini görməyiblər. Amma paradoks ondadır ki, müsəlman ölkələrində kişi xərçəngində belə artım yoxdur!..”- həkim-akademik belə deyir.
 
 
— Bəs niyə? Axı Qərb ölkələrində tibb daha çox inkişaf edib və həyat səviyyəsi daha yüksəkdir...
 
— Mən aşağıdakı nəticəyə gəldim. "İstehlakçı cəmiyyəti"nin hakim olduğu ölkələrdə son onilliklərdə qadın cazibəsini - elmi baxımdan, ikinci dərəcəli cinsi xüsusiyyətləri  vurğulayan və nümayiş etdirən qadın geyimləri normaya dönüb. Onlardan aşağıdakı şeyin simvolu olan çılpaq qadın qarınları və göbəkləri insanlığa sırınan gündəlik bir hadisəyə çevrilib... Dartılan cins şalvar geyinmiş yumru fiqurlar və getdikcə daha çox açıqlanan dekolte eyni dərəcədə cazibədar şəkildə qıcıqlandırıcıdır... Mən buna həkim, fizioloq kimi baxıram: bunların hamısı kişilərdə istəyi oyadan cinsi siqnallardır. Orta şəhər kişisi gündə 100-200 dəfə belə "siqnallar" görür və buna görə də onun yerinə yetirilməmiş istəyi şüuraltı- bilinçaltına yatırılır. O, bunu hiss etmir, amma qanına androgenlər daxil olur. Lakin — və prosesi anlamağın açarı budur — androgenlər qana böyük (yəni onkoloji cəhətdən təhlükəsiz) miqdarda deyil, orta dozada, yəni kanserogen olaraq buraxılır. Nəticədə tez-tez cinsi hissləri tez-tez oyanan, lakin onları ödəyə bilməyən bir kişi bədəninin daxilində xərçəngə səbəb olan kanserogen, dağıdıcı bir hücum yaşayır...
 
-Üzr istəyirəm, amma bu məntiqlə, bu o deməkdirmi ki, hər hansı bir cinsi oyanma əlaqə ilə nəticələnməlidir?
 
-Bəli, bu, təbiətin qoyduğu mexanizmdir. Kişi ilə qadın arasındakı eros çoxalma üçün bir vasitədir; bütün faydalarını gətirir və bədən üçün faydalıdır. Yeri gəlmişkən, din buna görə də evliliyi və nikah münasibətlərini təşviq edir. Fiziologiyanı izah etmək və anlamaq üçün heyvanlar aləmindən bir nümunə verəcəyəm. Dişi heyvan instinktiv olaraq ən yaxşı erkəyi, daha canlı nəsil yetişdirməyə qadir olanı axtarır və eyni zamanda aşağı səviyyəli erkəkləri rədd edir və uzaqlaşdırır. Lakin o erkəklərin istəyi hələ də qalır və o, təmin olunmur və yatırılır... Onların qanında androgen səviyyələri orta dərəcədə yüksək, yəni onkoloji cəhətdən təhlükəli olaraq qalır. Zamanla həmin erkək heyvanlar potensiyalarını itirir və sonra xərçəngə mübtəla olurlar. Bu mexanizm zəif, "daha pis" erkəkləri aradan qaldırır. Elm indi insanlarda oxşar proseslərin baş verdiyinə dair dəlillər toplayır. Buna görə də kişilərdə cinsi istəyi oyadan qadın cazibələrinin dəbli şəkildə vurğulanması "cinsi stress" yaratmaq kimi qəbul edilə bilər. Bu, impotentliyə və hətta xərçəngə səbəb olan mürəkkəb daxili "cinsi rədd" kompleksini tətikləyir...
 
-Və bu, zəngin və inkişaf etmiş Qərb xalqlarının niyə məhv olduqlarını, yəni getdikcə sayca azaldıqlarını izah edir?
 
-Bəli, əlbəttə ki, bu, ən vacib mexanizmlərdən biridir. Mən bu nəticəyə gəlmişəm və bunu hamıya açıq şəkildə çatdırmağa çalışıram: qadınları çılpaqlaşdıran dəb Avropa etnik qruplarını əhalinin ifrat azalmasına (məhv olmasına) aparır. Onların yer üzündəki yerini qadınlarının iffətini və hicabını qoruyan və bununla da kişilərini qoruyan millətlər əvəz edir. Bunlar, ilk növbədə, İslam millətləridir...
 
-Amma Afrika, Asiya və Cənubi Amerikada yalnız yarıçılpaq deyil, həm də tamamilə lüt gəzən millətlər var?.. Oradakı iqlim istidir... Bəs onlar necə? 
 
-Mən isə əks sual verəcəyəm: ümumiyyətlə, bu cür xalqlar və xüsusən də fərdlər nə qədər yaşayırlar? Onların mədəniyyəti və sivilizasiyası yüksəkdirmi? Başa düşün: qədim yunanları və romalıları əsir edən lüt bədən kultu onları məhv olmağa apardı. İndi haradadırlar? Xəritədən siliniblər. Üstəlik, hərbi əməliyyatlarla deyil, daxildən məhv edilmə ilə yox ediliblər...
 
Müqəddəs Kitabda və Quranda Sodom və Qomorra şəhərlərinin sakinləri haqqında deyilənlər bir çox nümunələrdən yalnız biridir. Onlar təbiət qanunlarını pozaraq və onun təbii mexanizmlərini sındıraraq özünüməhv etmə yolunu tutdular (yeri gəlmişkən, "sodomizm", homoseksuallıq, çılpaqlığın gətirdiyi hedonizmin və həssaslığın dominantlığının son ifadəsidir). Lakin əcdadlarının ənənəvi dəyərlərinə riayət edən xalqlar hələ də sağ qalırlar... Bunlar müsəlman etnik qruplarıdır. Lakin yeri gəlmişkən, müasir slavyanların əcdadları da belə idilər. Rusiyadakı 19-cu əsr qadın geyimlərinə baxın: qadın geyimləri bədəni geniş, uzun donlar və sarafanlar ilə örtür, heç vaxt bədənin fiquruna yapışmır və heç vaxt sinəni vurğulamır. Bu geyimlər parlaq, bayramsayağı və çoxrənglidir (çox vaxt bol qırmızı rəngdədir), lakin qadını bəzəyərək onlar kişiləri heç bir erotik cazibə olmadan cəlb edirlər... 
 
Köhnə rus ifadəsini xatırlayın: "oprovolosit'" (özünə qarşı axmaqlıq etmək) - yəni təsadüfən baş örtüyünü atmaq, saçını göstərmək - bu, "səhv etmək, dərhal düzəldilməli olan axmaq bir şey etmək" deməkdir. Qədim rus freskalarına, ikonalarına və əlyazmalarına, ötən əsrin xanımlarının portretlərinə, kəndli qadınlarının şəkillərinə baxın - iffətli, gözəl qadın geyimləri mədəniyyətini görəcəksiniz!  21-ci əsrin bir çox qadınları isə çılpaq ayaqları və enli yaxalıqları ilə kişilərin sağlamlığı üçün sanki məzar qazır. Maykada görüşə gedən hər gözəllik yalnız bir kişini şanslı edir, yolda isə on kişini əlil- impotent edir. Striptizçi qadınları isə həqiqətən də "kütləvi qırğın silahı" adlandırmaq olar ki, bu da artıq Qərb sivilizasiyasını xəstə kişilər cəmiyyətinə çevirib.
 
-Bəs bizim Qərbin tənəzzülünü təqlid etməmizin qarşısını almaq üçün hansı konkret addımlar atıla bilər? Digər bir çətinlik isə onlarla fərqli xalq və dinə mənsub olan geniş bir ölkə olmağımızdır. Qədim yunanlar kimi yox olmamaq üçün hamımız birlikdə nəsə edə bilərikmi?
 
-Bu, çox sadədir. Gözəl və Prestijliliyin ifadəsi kimi modaya təsir mexanizmləri mövcuddur - bunlar millətin liderləri tərəfindən, xüsusən də media vasitəsilə istifadə olunur. Etməli olduğumuz tək şey onlara siqnal verməkdir: "Gəlin modanı xalqlarımızın ənənəvi formalarına az da olsa qaytaraq!" - və hər şey yaxşı olacaq. Təkrar edirəm: dini ənənələrə riayət edən bütün xalqların geyim mədəniyyəti olub. Minilliklər boyu davam edən "qızıl dövrü" qaytarmaq çağırışına ehtiyac yoxdur - gözəllik və sağlamlıq arasında optimal tarazlığı,  geyimin məqsədinin əsl anlaşılmasını bərpa etmək kifayətdir. Deməli, hər şey liderlərimizin əlindədir: onlar nümunə göstərəcəklərmi? Sizi əmin edirəm: hətta hazırda bütün dünyanı geyimlə təmin edən çinlilər belə, bizə "Qərb modası"nı deyil, istədiyimizi təmin edəcəklər!" Bir şey əlavə etmək qalır: siz hələ də hicaba qarşısınız?..
 
Zəruri arayış: 

Leonid A. Kitaev-Smık 18 may 1931-ci ildə Moskvada anadan olub. Orta məktəbi və Birinci Moskva Tibb İnstitutunu bitirdikdən sonra 1955-ci ildən praktik həkim kimi çalışmışdır.
 
1960-cı ildən bəri gizli Uçuş Tədqiqat İnstitutunun əməkdaşı olub. İlk Sovet kosmonavtlarının - Yuri Qaqarinin və başqalarının təlimində, hazırlanmasında iştirak etmişdir. 1963-cü ildə Dr. L. Kitaev-Smık digər planetlərə uçuşlar zamanı süni cazibə qüvvəsinin insanlara təsirinin öyrənilməsinə başlayıb.
 
Onun iştirakı ilə planetlərarası kosmik gəminin yerüstü simulyatoru - böyük fırlanan santrifüj kamerası - icad edilmiş və qurulmuşdur.
 
1993-cü ildən Dr. L. Kitayev-Smık Rusiya Mədəniyyətşünaslıq İnstitutunda "Qlobal Təhlükəsizliyin Mədəni Tədqiqatları" mövzusunda çalışıb. O, 300-dən çox elmi nəşr, yeddi monoqrafiya, on iki ixtira və mediada çoxsaylı publisist çıxışları dərc etmişdir...” 
 
Qeyd:
Müsahibə 2015-c ildə götürülüb.
 
Tərcümə və təqdim etdi: 
 
Sultan Laçın