ABŞ Prezidenti Donald Tramp ölkəsinin və İran nümayəndələrinin iyunun 19-na planlaşdırılan görüşünün Vaşinqtonun deyil, məhz Tehranın günahı ucbatından ləğv olunduğunu bildirib.


Moderator.az xəbər verir ki, bu barədə ölkə başçısı sosial şəbəkə hesabında açıqlama yayıb.






"Görüşdən çarəsizlik içində geri çəkilən biz yox, İrandır. Onlar məğlub oldular", - deyə Ağ Ev lideri bildirib.


Bununla belə, Tramp ABŞ və İran arasındakı danışıqlar prosesinin 60 gün davam edəcəyi barədə razılaşmaya riayət etməyə hazır olduğunu vurğulayıb:


"Bu 60 günlük danışıqların necə keçəcəyini biz müəyyən edəcəyik. Onlara heç bir maliyyə, hətta 10 sent belə verilməyəcək".