Ötən gecədən bəri İsrailin Livana hücumlarında ölənlərin sayı 47 nəfərə çatıb.
Moderator.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Xəsarət alanların sayının isə 97 nəfər olduğu bildirilib.
Qeyd edək ki, bir az əvvəl İsrail və “Hizbullah” arasında atəşkəs razılaşması əldə olunub.