Yəqin, 80 yaşlı Prezident belə nağıllarla nəvə-nəticələrini də yatızdırır...
 




ABŞ prezidenti "Axios" jurnalistinə geniş müsahibəsində Zelenskini bəyənib-bəyənmədiyi barədə suala cavab verməyib, amma Rusiyanın 2022-ci ildə Kiyevi niyə ala bilmədiyini gözlənilməz və ağlabatmaz bir hekayətlə izah edib.
 
Moderator.az bu haqda "Fokus" nəşrinə istinadla xəbər verir.

"The Axios Show"a verdiyi müsahibədə Donald Tramp İran və Ukraynadakı müharibələr də daxil olmaqla bir çox mövzuya toxunub. Jurnalist ABŞ prezidentinin kimi daha çox bəyəndiyini soruşduqda: Putin, yoxsa Zelenski, o, cavab verməyib, əksinə, Ukraynadakı tammiqyaslı müharibənin necə başladığı ilə bağlı öz versiyasını danışmağa başlayıb.


"Baş verənlər sadəcə inanılmazdır. Çox tez bitməli olan bir müharibə... Bilirsiniz, bu hekayəti bilib-bilmədiyinizi bilmirəm. Amma o başlayanda Putinin yüzlərlə tankı şosse ilə gedirdi", - deyə Tramp nəql edib. Onun sözlərinə görə, həmin şosse beton olub: "çox yaxşı, qaya kimi möhkəm, düz Kiyevə doğru..."


Lakin təxminən yolun yarısında, Kiyevə üç saatlıq yol qalmış  "artıq yəqin ki, həyatda olmayan bir general,  Kiyevə gedib müharibəni ilk gündən bitirmək əvəzinə", - deyə Donald Tramp ehtimal edib,- Heç kim bu hekayəni bilmir". Lakin adı açıqlanmayan bu rus generalı tarlalar və palçıqla getməyə başladı və bir neçə gün əvvəl rekord miqdarda yağış yağdığı üçün Rusiya tankları bataqlıqda ilişib qaldı və ukraynalılar Donald Trampın verdiyi "Javelin" silahlarıyla onları məhv etdilər: "Mən onları bu baş verməmişdən əvvəl onlara vermişdim..."


ABŞ prezidenti həmçinin bildirib ki, o, tez-tez "Rusiyaya qarşı yaxşı münasibətdə" olmaqda ittiham olunur, bu isə doğru deyil...


"Mən Rusiyaya qarşı çox yaxşı münasibətdə deyiləm. Rusiyaya qarşı çox sərt olmuşam. Çinə qarşı çox sərt olmuşam, hamıdan daha sərt. Buna görə də mənə hörmət edirlər", - deyə Tramp diqqətə çatdırıb.


ABŞ prezidenti bildirib ki, əgər hansısa bir rus generalı tanklarını bataqlığa salmasaydı, əksinə, birbaşa "beton magistral" boyunca sürsəydi, rus qoşunları dörd saat ərzində Kiyevdə olardı.


"Və Ukrayna buna qarşı heç nə edə bilməzdi- müharibə bir gündə bitərdi. Bu, dörd il yarım əvvəl baş vermişdi. Beləliklə, bu, dəhşətli bir səhv idi... Onda ukraynalılar həmin tankların hamısını məhv etdilər və bu, onlara  böyük özünəinam verdi. Bilirsiniz, özünəinam çox vacibdir. Yeri gəlmişkən, siz bu hekayəni nə vaxtsa eşitmisinizmi?", - deyə Tramp bir jurnalistdən soruşub.


Jurnalist isə cavab verib ki, bu barədə heç vaxt eşitməyib...


P.S. Yəqin, Tramp belə nağıllarla nəvə-nəticələrini də yatızdırır...


S.Laçın