“Əsrin insanlıq cinayətlərindən sayılan Xocalı soyqırımını törədənlər barədə də ölçü götürülməyib... Belə canilərdən biri olan qatı cinayətkar, terrorçu eks-prezident, Xocalı qatili Robert Köçəryan hazırda Ermənistanda Kremlin dəstəyi ilə fəal siyasət aparır...”
 




“Avropa İnsan Haqları Məhkəməsinin  2016-ci aprel döyüşləri zamanı öldürülmüş erməni hərbçinin ailəsinə mənəvi zərər olaraq 90 min avro, hüquqi xərclər üçünsə 14 min avro ödənilməsi şikayət üzrə barədə qəbul etdiyi qərar absurd və qəbuledilməzdir. Heç bir qanuni əsasa da malik deyil. Əvvəla, qeyd olunmalıdır ki, hərbi əməliyyatlar və müharibə zamanı ölən hərbçilərə görə hər hansı təzminatın ödənilməsi istər beynəlxalq hüquqda, istərsə  də praktikada yoxdur. Məgər AİHM-də bunu bilmirlər? Əksinə, bütün beynəlxalq hüquq normalarında bir  suveren dövlətin başqa bir dövlətin ona qarşı təcavüzündən müdafiə olunması və bunun qarşısının alınması haqqı tanınır. Aprel döyüşləri də məhz erməni işğalçılarının növbəti təxribatı nəticəsində baş verdi və Azərbaycan tərəfinin də neçə-neçə zabit və əsgəri şəhid oldu.”
 
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi şərhçi, AMİP Siyasi Şurasının Əli Orucov ifadə edib.
 
“Ermənistan hakimiyyəti və Ermənistan ordusu Azərbaycana qarşı müharibə cinayətləri törədiblər, lakin indiyədək də onlara "gözün üstə qaşın var" deyən olmayıb. Əsrin insanlıq cinayətlərindən sayılan Xocalı soyqırımını törədənlər barədə də ölçü götürülməyib. Onlardan bəziləri İnterpolun uzun illərdir ki axtarışındadır. Amma yerləri məlum olsa da, tutulub Azərbaycana təhvil verilməyib. Belə canilərdən biri olan qatı cinayətkar, terrorçu eks-prezident, Xocalı qatili Robert Köçəryan hazırda Ermənistanda Kremlin dəstəyi ilə fəal siyasət aparır”,- deyə davamında AMİP fəalı diqqətə çatdırıb.  
 
“AİHM-in ədaləti və hüquqi tapdayaraq belə bir ağılasığmaz qərar qəbul etməsi Qərb institutlarının tərkib hissəsi kimi Azərbaycana yönəlik qərəzli siyasi yanaşmasının təzahürüdür. Qərbin ermənilərin maraqlarına xidmət edən, regionda qarşılıqlı etimad və sülh təşəbbüslərini zədələyən davranışları cəmiyyətdə haqlı qəzəb doğurur.  Onsuz da Qərb təsisatları nüfuzunu çoxdan itirib və qəbul etdiyi qərarlar da artıq ciddiyə alınmır”, - deyə siyasi şərhçi vurğulayıb.