Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, motosiklet sürücüsü 4 yaşlı oğlanı vurub.
Ağır xəsarətlər alan azyaşlı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya aparılsa da, yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.